Bayden Nəsrullahın öldürülməsini ədalətli adlandırıb

21:03 - 28 Sentyabr 2024 - DÜNYA

“Həsən Nəsrullah və onun rəhbərlik etdiyi “Hizbullah” terror qruplaşması qırx illik terrorda yüzlərlə amerikalının qətlinə görə məsuliyyət daşıyır. Onun İsrailin hava hücumu zamanı həlak olması minlərlə amerikalı, israilli və livanlı mülki vətəndaşlar da daxil olmaqla çoxsaylı qurbanlar üçün ədalət ölçüsüdür”

Ucnoqta.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden "Hizbullah" hərəkatının lideri Həsən Nəsrullahın İsrailin zərbəsi nəticəsində öldürülməsi barədə deyib.

“Birləşmiş Ştatlar İsrailin Hizbullah, HƏMAS, Husilər və İranın dəstəyi ilə fəaliyyət göstərən hər hansı digər terror qruplarına qarşı özünü müdafiə etmək hüququnu tam dəstəkləyir”, - mətndə qeyd edilir.

Xəbər xətti