İsrail Livandakı "Hizbullah" hədəflərinə silsilə zərbələr endirib

18:08 - 28 Sentyabr 2024 - DÜNYA

İsrail Müdafiə Qüvvələri (IDF) Livandakı Hizbullah hərbi obyektlərinə yeni silsilə hücumlar həyata keçirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Hücum edilən hədəflər arasında silahların saxlanıldığı strukturlar və həmçinin “Hizbullah" terror təşkilatının əlavə infrastrukturu olduğu bildirilir.

Qeyd olunur ki, İDF "Hizbullah"ın terror infrastrukturunu və imkanlarını zəiflətmək və məhv etmək üçün fəaliyyət göstərməyə davam edir.

Xəbər xətti