32 il "Hizbullah"a liderlik etmiş Həsən Nəsrullah həlak olub

12:46 - 28 Sentyabr 2024 - DÜNYA

İsrail Müdafiə Qüvvələri (IDF) "Hizbullah" hərəkatının 32 il lideri olmuş Həsən Nəsrullahın sentyabrın 27-də Beyrutda İsrail Hərbi Hava Qüvvələrinin hücumu nəticəsində öldürüldüyünü rəsmən təsdiqləyib.

Ucnoqta.az xəbər verir ki, bu abrədə İsrail Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Bildirilir ki, Həsən Nəsrullah dünən İsrail Hərbi Hava Qüvvələrinin Beyrutda endirdiyi zərbə nəticəsində öldürülüb. Zərbə zamanı Nəsrullahla yanaşı, “Hizbullah" Cənub Cəbhəsinin komandiri Əli Karaki və bu təşkilatın digər komandirləri də məhv edilib.

Xəbər xətti