Gürcüstanın təhsil, elm və gənclər naziri Giorgi Amilaxvari istefa verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Hökumətin bəyanatında qeyd edildiyi kimi, Amilaxvari siyasəti tərk edərək özəl sektorda işləməyə gedib. Onun yerinə kimin nazir olacağı hələlik məlum deyil.
Amilaxvari 2023-cü ilin martından təhsil naziri vəzifəsində çalışır. Bundan əvvəl o, Gürcüstan parlamentinin Təhsil və elm komitəsinin sədri olub.