"Hizbullah" lideri Həsən Nəsrullahın qızı Zeynəb İsrailin Beyruta endirdiyi zərbə nəticəsində öldürülüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail televiziyasının 12-ci kanalı məlumat yayıb.
Məlumata görə, onun cəsədi dünən İsrail hərbçiləri tərəfindən vurulan komanda mərkəzinin dağıntıları altında tapılıb.
Hələlik bu məlumatın rəsmi təsdiqi yoxdur.