"Hizbullah"ın baş katibi Şeyx Həsən Nəsrullah İsrail hava qüvvələrinin Beyrutun cənubunda yeraltı qərargaha hücumu nəticəsində xəsarət almayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, Şeyx Nəsrullah sağ-salamatdır, onunla hər şey qaydasındadır.
Telekanal əlavə edir ki, Hizbullah rəhbərliyi İsrailin Livana qarşı təcavüzkar hərəkəti ilə bağlı yaxın saatlarda bəyanat verəcək.