"Just Stop Oil" ətraf mühit fəalları Londondakı Milli Qalereyada əvvəllər həyata keçirdikləri aksiyanı təkrar edərək rəssam Vinsent van Qoqun (1853-1890) “Günəbaxanlar” rəsminin iki variantına şorba atdılar.
Ucnoqta.az xəbər verir ki, X-də yayımlanan videoda onlar bunu cümə günü həmkarlarına qarşı hökmə etiraz etmək üçün etdiklərini iddia edirlər.
Hadisə Southerk Crown Məhkəməsi Phoebe Plummer və Anna Holland-ı 2022-ci ildə "Günəbaxanlar" tablosuna şorba atdıqlarına görə həbs etdikdən bir saat sonra baş verib.
İki qız müvafiq olaraq 2 il 20 ay həbs cəzası alıb.