Aİ Ukraynanın Rusiya aktivlərindən istifadəni məhdudlaşdırmayacaq

14:43 - 27 Sentyabr 2024 - DÜNYA

Avropa İttifaqı (Aİ) Ukraynanın Rusiya aktivlərindən əldə etdiyi gəlirlərdən ayrılan vəsaitləri xərcləyə biləcəyi konkret məqsədlər müəyyən etmək niyyətində deyil.

Ucnoqta.az xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) rəhbərinin müavini Valdis Dombrovskis deyib.

Onun sözlərinə görə, Kiyev ayrılan məbləğdən öz ümumi büdcə xərclərini ödəyə biləcək.
AK rəhbərinin müavininin qeyd etdiyi kimi, hələlik Aİ G7 ölkələrinin Ukraynaya ayırmağı planlaşdırdığı 50 milyard dollardan 35 milyard avronu (təxminən 39 milyard dollar) Kiyevə köçürməkdə qərarlıdır.

Dombrovskis həmçinin Aİ-nin Rusiya Federasiyasına qarşı sanksiyaların müddətini altı aydan üç ilə və ya daha çox artırmaqla bağlı planlarını xatırladıb, lakin Macarıstanın buna qarşı çıxa biləcəyini qeyd edib.
Onun sözlərinə görə, bu məsələ ilə bağlı müzakirələr yeni başlayıb, ona görə də Budapeştin mövqeyini dəqiq müəyyən etmək hələ mümkün deyil.

Xəbər xətti