Xəzər TV-nin binası boşaldılır - VİDEO

14:21 - 27 Sentyabr 2024 - HADİSƏ

Xəzər TV-nin binası boşaldılır

Ucnoqta.az olay-a istinadən xəbər verir ki, Xəzər Media Mərkəzinin binasının qonşuluğunda olan yanğına görə, kanalda evakuasiya prosesi başlayıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsi yaxınlığında obyektdə yanğın olması barədə ilkin məlumat daxil olub.

FHN-dən Ucnoqta.az-a verilən məlumata görə, məlumatla əlaqədar nazirliyin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Qeyd olunub ki, hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

İlkin məlumata görə, yanğın boya zavodunda baş verib.

Xəbər xətti