İsrail "Hizbullah" hərbi hədəflərinə zərbə endirib

13:55 - 27 Sentyabr 2024 - DÜNYA

İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı"Hizbulla"h təşkilatının hərbi obyektlərinə və radikal bölmələrinə zərbələr endirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Hərbçilər həmçinin Livandan İsrailin şimalındakı Aşağı Qaliley bölgəsinə 10-a yaxın raket atıldığını bildirib. "Raketlərin əksəriyyəti ələ keçirilib", - mətbuat xidməti qeyd edib.

Qeyd olunur ki, Ordu "Hizbullah"ın terror potensialını zəiflətmək və məhv etmək üçün fəaliyyətini davam etdirir.

Xəbər xətti