Gürcüstan prezidenti məhbuslara kütləvi amnistiya haqqında qanun imzalayıb

13:52 - 27 Sentyabr 2024 - DÜNYA

Gürcüstan prezidenti Salome Zurabişvili ölkə parlamentinin qəbul etdiyi məhbuslara kütləvi amnistiya haqqında qanunu imzalasa da, bunu seçicilərin dolayı yolla rüşvətxorluğu adlandırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti öz saytında məlumat yayıb.

“Parlament seçkiləri öncəsi hakim partiyanın təşəbbüsü ilə parlamentin amnistiya qanunu qəbul etməsi birmənalı şəkildə seçicilərin dolayı rüşvətxorluğudur. Amnistiya mahiyyət etibarı ilə humanitar aktdır və ümumiyyətlə, onun qəbulu seçkilər bitdikdən sonra və ya ondan xeyli əvvəl məqsədəuyğundur”, - deyə bəyanatda bildirilir.

Xəbər xətti