NATO Rusiya ilə sərhəddə ştabını yerləşdirəcək

13:20 - 27 Sentyabr 2024 - DÜNYA

NATO quru qüvvələrinin qərargahı Rusiya Federasiyası ilə sərhədə yaxın Mikkelidə yerləşəcək

Ucnoqta.az xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, NATO-nun Şimali Avropadakı quru qoşunlarının qərargahı Rusiya Federasiyası ilə sərhədə yaxın Mikkelidə yerləşəcək.

Daha əvvəl bildirilirdi ki, Finlandiyada iki qərargah olacaq: NATO-nun Şimali Avropadakı quru qoşunlarının qərargahı, eləcə də alyansın irəli quru qoşunlarının qərargahı.

İlkin olaraq orada fin zabitlərindən əlavə bir neçə onlarla xarici zabit də olacaq.

Xəbər xətti