"Tesla"nın yüz min dollarlıq avtomobili Azərbaycanda - VİDEO

13:01 - 27 Sentyabr 2024 - AVTO

"Tesla" şirkətinin bir müddət öncə ABŞ-da 100 min dollara satışa çıxardığı modeli Azərbaycana gətirilib.

Ucnoqta.az Avtosfer.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video paylaşılıb. Avtomobili kimin sifariş etdiyi bəlli deyil.
Qeyd edək ki, “Tesla” şirkəti “Cybertruck” elektrikli pikapı 2019-cu ildə anons etsə də, uzun müddət satışa çıxarmadı. İndiyədək 1.8 milyon insan onu önsifariş edib.

Qeyri-adi quruluşa malik olan model avtomobil həvəskarlarının uzun müddətdir diqqətindədir.

 

Xəbər xətti