Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsinə və xalqına qarşı sanksiyaları faşizm adlandırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə dövlət başçısı sentyabrın 27-də BDUİ-də mühəndis-texniki ali təhsil müəssisələrinin tələbələri ilə “Açıq mikrofon” formatında keçirilən görüşdə bildirib.
Lukaşenkonun sözlərinə görə, Qərb şəxsən ona, necə deyərlər, diktatora qarşı deyil, bütün belaruslara, o cümlədən tələbələrə, onların valideynlərinə, yaxınlarına qarşı sanksiyalar tətbiq edib.