Sentyabrın 23-də Meksikanın Sakit okean sahillərini vuran Con qasırğasının nəticələrindən Meksikanın Gerrero əyalətində ölənlərin sayı 5-ə çatıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə respublika prezidenti Andres Manuel Lopes Obrador gündəlik mətbuat konfransında bildirib.
Prezident bildirib ki, xoşbəxtlikdən, böyük dağıntı olmayıb. Hazırda ümumilikdə 5 ölüm qeydə alınıb.