ABŞ məhkəməsi Amerika prezidentinin oğlu Hanter Baydenin silah alarkən yalan məlumat verməsi və silahı qanunsuz saxlaması ilə bağlı hökmü təxirə salıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABC televiziyası məhkəmənin qərarına istinadən məlumat yayıb.
Hökmün elan edilməsi üçün yeni tarix dekabrın 12-nə təyin edilib, əvvəllər hökmün dekabrın 4-də elan olunması nəzərdə tutulurdu.
CNN-in daha əvvəl xəbər verdiyi kimi, Hunter Bayden 25 ilə qədər həbs oluna bilər.