Ermənistan Bakıda keçiriləcək COP29-a qədər sülh müqaviləsinin imzalanmasını istəyir - Paşinyan

08:30 - 26 Sentyabr 2024 - DÜNYA

Ermənistan Azərbaycanı noyabrda Bakıda keçiriləcək COP29 iqlim konfransına qədər sülh sazişinin artıq razılaşdırılmış maddələrini imzalamağı təklif edir.

Ucnoqta.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

“Ermənistan tərəfi Bakıda COP29-dan əvvəl sülh müqaviləsinin artıq razılaşdırılmış maddələrini imzalamağı və bununla da sülh prosesinin irəliləyişinə stimullaşdırıcı mühit yaratmağı təklif edib”, Paşinyan BMT Təhlükəsizlik Şurası tərəfindən təşkil edilən “Sülh naminə liderlik” tədbiri çərçivəsində çıxışı zamanı deyib.

Bakıda keçiriləcək BMT-nin COP29 iqlim konfransında 50-dən çox ölkədən dövlət və hökumət başçıları da daxil olmaqla 80 mindən çox qonağın iştirak edəcəyi gözlənilir.

Xəbər xətti