Birləşmiş Ştatlar "Hizbullah"a və İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) dəstək verdiyi üçün dörd quruma və bir fiziki şəxsə sanksiya tətbiq edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Məlumata görə, Hizbullah və İnqilab Keşikçiləri Korpusuna dəstək məqsədilə qanunsuz ticarətlə məşğul olan Türkiyə vətəndaşı, 4 şirkət və 9 neft tankerinə qarşı sanksiyalar tətbiq edir.
Qara siyahıya düşən şirkətlər Marşal adaları, Çin və Türkiyədə qeydiyyatdan keçib.
Sanksiya siyahısına daxil edilməsi vizaların verilməməsi, ABŞ-dakı aktivlərinin dondurulması, Amerika vətəndaşlarının və şirkətlərinin bu işdə iştirak edənlərlə iş aparmasının qadağan edilməsi deməkdir.