İsrail ordusu Hizbullahın 280-dən çox hədəfinə zərbə endirib

18:02 - 25 Sentyabr 2024 - DÜNYA

Günün əvvəlindən İsrail Hərbi Hava Qüvvələri Livanda Hizbullah təşkilatının 280-dən çox hədəfinə zərbə endirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Xüsusilə də İsrailin Nəhariyyə və Safed şəhərləri istiqamətində Livan tərəfdən atəşə tutulmasına cavab olaraq İsrail bu hücumlar üçün istifadə edilən buraxılış qurğularına hücum edib.

Bundan əlavə, Livandakı hava hücumlarının hədəfi silah anbarları, atəşə hazır olan buraxılış qurğuları, hərbi infrastruktur obyektləri və Hizbullah silahlı birləşmələrinin ayrı-ayrı üzvləri olub.

Hazırda İsrail hərbçiləri Livanda "başqa hədəflərə zərbələr endirməyə davam edir.

Xəbər xətti