Bərdədə canavar təsərrüfata hücum edib

17:46 - 25 Sentyabr 2024 - ÖLKƏ İÇİ

Bərdədə canavar heyvandarlıq təsərrüfatına hücum edib.

Ucnoqta.az xəbər verir ki, hadisə rayonun Mirzəxanlı kəndində qeydə alınıb.

Gecə saatlarında Malik Əsgərovun təsərrüfatına hücum edən yırtıcı bir baş at balasını parçalayıb, bir baş atı isə yaralayıb.

Bundan sonra qoyun sürüsünə hücum edən canavar təsərrüfat sahibləri tərəfindən uzaqlaşdırılıb.

Xəbər xətti