Mbappe üç həftə meydana çıxa bilməyəcək

15:38 - 25 Sentyabr 2024 - İDMAN

İspaniyanın "Real Madrid" futbol klubunun fransalı hücumçusu Kilian Mbappe bud nahiyəsindən zədə alıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Futbolçu İspaniya çempionatının VII turunun "Alaves"lə oyununda (3:2) zədələnib.
“The Athletic”in jurnalisti Mario Korteqananın sözlərinə görə, Mbappenin sağalma müddəti üç həftə olacaq.

Mbappe bu mövsüm Real Madridin heyətində 9 oyun keçirib, 7 qol vurub və bir məhsuldar ötürmə edib.

Yeddi turdan sonra "Real" İspaniya çempionatında 17 xalla ikinci pillədə qərarlaşıb.

Xəbər xətti