Böyük Kuril silsiləsinin Paramuşir adasında (Saxalin bölgəsi) Ebeko vulkanında 1,5 km hündürlüyündə kül emissiyası qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Saxalin vilayəti üzrə Baş İdarəsi məlumat yayıb.
Bildirilir ki, hidrogen sulfid iyi hiss olunmayıb, əhalinin həyatı üçün təhlükə olmayıb, əhalidən hər hansı zəng və şikayət daxil olmayıb.
Vulkanın ərazisində beynəlxalq hava yolları yoxdur.