Culian Assanc Avropa Şurasında çıxış edəcək
Ucnoqta.az xəbər verir ki, bu barədə X sosial şəbəkəsində WikiLeaks-in rəsmi hesabı məlumat yayıb. Bildirilir ki, “WikiLeaks” qeyri-kommersiya təşkilatının təsisçisi Culian Assanc oktyabrın 1-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Hüquq Məsələləri və İnsan Haqları Komitəsində çıxış edəcək.