Varan futbolçu karyerasını bitirdi

12:55 - 25 Sentyabr 2024 - İDMAN

"Real Madrid"in və "Mançester Yunayted"in sabiq müdafiəçisi Rafael Varan 31 yaşında karyerasını bitirib.

Ucnoqta.az xəbər evrir ki, o, bu barədə İnstaqram səhifəsində məlumat verib.

“Karyeramda çoxlu çətinliklərlə üzləşmişəm, maneələrin ardınca maneələri dəf etmişəm, demək olar ki, hamısı mümkünsüz olmalı idi. İnanılmaz duyğular, xüsusi anlar və ömür boyu davam edəcək xatirələr. Bu anları düşündükcə, böyük qürur və məmnunluq hissi ilə hamımızın sevdiyim oyundan getdiyimi elan edirəm”, - Varan yazıb.

Varan "Mançester Yunayted"lə müqaviləsini başa vurduqdan sonra yay transfer pəncərəsində İtaliyanın Komo klubuna keçib.
Amma artıq İtaliya kubokunda Sampdoriya ilə debüt oyununda dizindən aldığı ciddi zədə səbəbindən 23-cü dəqiqədə əvəzlənib.

Xəbər xətti