İsrail hökumətinin başçısı Benyamin Netanyahu Livanda hərbi əməliyyatların başlamasına baxmayaraq, BMT Baş Assambleyasının sessiyası üçün Nyu-Yorka səfər etmək planlarını qüvvəsində saxlayıb, lakin gedişini bir gün təxirə salıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə baş nazirin ofisi məlumat yayıb.
“Baş nazir Benyamin Netanyahu sabah, cümə axşamı BMT-dəki çıxışı üçün yola düşəcək. Baş nazir Livandakı hücumları müzakirə etmək üçün gün ərzində təhlükəsizlik rəsmiləri ilə məsləhətləşmələr aparacaq", - məlumatda deyilir.