Qərb Kiyev rejimindən sülh yolu ilə xilas olmağa imkan verməsə, Moskva Ukraynadakı xüsusi əməliyyatı davam etdirəcək.
Ucnoqta.az xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Moskva ukraynalılara hörmətlə yanaşıb, onlar qardaş xalqdırlar. Ancaq Qərb düşərgəsi bizə "xərçəngdən" qurtulmağa imkan verməsə, Rusiya vəzifələri hərbi yolla həll olunana qədər xüsusi əməliyyatı davam etdirəcək.
Nebenzya Rusiyanın NATO-ya üzv olmaq planları olan rusofob dövlətə çevrilənə qədər Ukrayna ilə sülh şəraitində yaşamağa hazır olduğunu vurğulayıb.
Diplomat Kiyevi böhranın uzunmüddətli həlli üçün real parametrləri qəbul etməyə çağırıb.