Lavrov Nyu-Yorkda Çinin xarici işlər naziri ilə danışıqlar aparacaq

10:17 - 25 Sentyabr 2024 - DÜNYA

Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində Çinin xarici işlər naziri Vanq Yi ilə danışıqlar aparacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Sputnik radiosunun efirində bildirib.

Zaxarovanın sözlərinə görə, sentyabrın 25-də Rusiya diplomatik xidmətinin rəhbərinin BMT Baş Assambleyası çərçivəsində təxminən 11-12 görüşü planlaşdırılıb.

Diplomat həmçinin qeyd edib ki, BMT Baş Assambleyası çərçivəsində bir sıra çoxtərəfli tədbirlər keçiriləcək

Xəbər xətti