Çin Xalq Azadlıq Ordusu tərəfindən qitələrarası ballistik raketin buraxılması başqa dövlətlərə qarşı yönəlməyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, raket buraxılışı beynəlxalq hüquqa və beynəlxalq təcrübəyə uyğundur, heç bir konkret ölkə və ya obyektə qarşı yönəlməyib.
Buraxılış Pekin vaxtı ilə saat 08:44-də baş tutub. Çin bölgədəki ölkələrə buraxılış barədə əvvəlcədən xəbərdarlıq edib.
Maket döyüş başlığı olan raket Sakit Okeanın təyin olunmuş ərazisinə düşüb.