Çiyin ağrısının səbəbləri

05:27 - 25 Sentyabr 2024 - DİGƏR

Bütün oynaqlar arasında çiyin oynağı bədənimizdəki ən hərəkətli oynaqdır.
Çiyin birləşməsində ağrıya səbəb olan bəzi amillər var.

Ucnoqta.az xəbər verir ki, Reabilitasiya mütəxəssisi dosent Ahmet İnanır çiyin ağrısına səbəb olan faktorlardan danışıb.
Çiyin ağrısının ən çox görülən səbəbləri və onların müalicə üsulları;

Əzələ ağrıları:
Müxtəlif periferik əzələ problemləri, xüsusilə Fibromiyalji Sindromu və Miofasiyal Ağrı Sindromu çiyin ağrısına səbəb ola bilər.
Əzələ və Sinir sıxılması: Servikal disk yırtıqları (C4-7), Brakiyal pleksus neyropatiyaları, Torakal Çıxış Sindromu, Refleks Simpatik Distrofiya çiyin ağrısına səbəb ola bilər. Sıxılma sindromu humerus başı ilə korokoakromial qövs arasında supraspinatus əzələ vətərinin, bicipital tendon və subakromial bursanın sıxılması və iltihabı nəticəsində inkişaf edə bilər.
Əzələ yırtıqları:
Əzələ yırtıqları, xüsusilə də rotator manşet deyilən əzələ qrupunun üzvü olan supraspinatus əzələsi çiyin ağrısı və məhdudlaşdırma səbəblərindəndir. Biceps əzələ tendiniti və kalsifik tendinit də ağrıya səbəb ola bilər.
Donmuş çiyin:
Donmuş çiyin sindromu (yapışqan kapsulit) ilkin olaraq çiyin oynağının kapsulunun və oynaq sinoviumunun iltihabı nəticəsində çiyin ağrısı ilə başlayan və çiyin hərəkətliliyinin məhdudlaşdırılmasına qədər irəliləyən bir vəziyyətdir. Adətən bir çiyində inkişaf etsə də, hər iki çiyinə təsir edə bilər. Zərbə, yıxılma kimi travmalar nəticəsində çiyni uzun müddət sabit vəziyyətdə saxlamaq bu xəstəliyə səbəb ola bilər. Çiyin kalsifikasiyası, travmadan sonra uzun müddət istirahət, diabet, ürək xəstəlikləri və ağciyər xəstəlikləri donmuş çiyin inkişafına səbəb ola bilər.
Çiyin oynaqlarının patologiyaları:
Çiyin oynağının qlenohumeral osteoartriti (əhənglənmə), osteoxondral lezyonlar, akromioklavikulyar oynaqların osteoartriti, avaskulyar nekroz, revmatoid artrit, polimiyalji revmatika, psodoqut, podaqra xəstəlikləri və skapulotorakal oynaq patologiyaları ağrılı və ya pozulmalara səbəb ola biləcək xəstəliklər arasında sayıla bilər.

Xəbər xətti