ABŞ prezidenti Co Bayden Almaniyaya səfəri çərçivəsində oktyabrın 10-da Berlinə gələcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Tagesspiegel” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Amerika prezidenti ilə Almaniya hökumətinin nümayəndələri arasında danışıqlar oktyabrın 11-nə planlaşdırılıb. Nəşrin məlumatına görə, Bayden oktyabrın 12-dək Almaniyada qalacaq, sonra isə Afrikaya gedəcək.
Səfər rəsmi təsdiqlənməyib.