Bayden oktyabrın 10-12-də Almaniyaya səfər edəcək

22:23 - 24 Sentyabr 2024 - DÜNYA

 ABŞ prezidenti Co Bayden Almaniyaya səfəri çərçivəsində oktyabrın 10-da Berlinə gələcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Tagesspiegel” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Amerika prezidenti ilə Almaniya hökumətinin nümayəndələri arasında danışıqlar oktyabrın 11-nə planlaşdırılıb. Nəşrin məlumatına görə, Bayden oktyabrın 12-dək Almaniyada qalacaq, sonra isə Afrikaya gedəcək.
Səfər rəsmi təsdiqlənməyib.

Xəbər xətti