Polşada 80 yaşlı kişidən yüzlərlə silah aşkarlanıb

19:35 - 24 Sentyabr 2024 - DÜNYA

Polşada yaşlı bir kişi qanunsuz olaraq arıxanada yüzlərlə odlu silah və barıt saxlayıb və buna görə onu 8 ilə qədər həbs gözləyir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Polsat telekanalı məlumat yayıb.

Məlumata görə, polis ölkənin şərqində yerləşən Lipski rayonunun 80 yaşlı sakininin üzərində qanunsuz silah saxlamaqda şübhəli bilinərək axtarış aparıb.
Telekanal qeyd edir ki, axtarış zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları pətəklərdə saxlanması üçün xüsusi icazə tələb olunan 283 silah aşkar ediblər.
Bundan əlavə, cinayətkarın üzərindən pnevmatik və qaz silahları, revolverlər və barıt aşkar edilib.

Xəbər xətti