Vaşinqton sentyabrın 25-də Kiyevə 375 milyon dollarlıq hərbi yardım paketi elan edə cək

15:16 - 24 Sentyabr 2024 - DÜNYA

ABŞ sentyabrın 25-də Kiyevə 375 milyon dollar məbləğində yeni hərbi yardım paketini elan edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Amerikanın Səsi radiostansiyası bir sıra adı açıqlanmayan amerikalı rəsmilərə istinadən məlumat yayıb.

Qeyd olunur ki, yardım paketinə çox güman ki, F-16 qırıcıları üçün “hava-yer” tipli raketlər, həmçinin HIMARS sistemləri üçün döyüş sursatları daxil olacaq.
ABŞ, həmçinin Kiyevə patrul katerləri və zirehli maşınlar, 155 və 105 mm-lik artilleriya sursatları və TOW tank əleyhinə raket sistemləri tədarük etmək niyyətindədir.

Rəsmilərin sözlərinə görə, paket hələ yekunlaşmaq üzrədir, ona görə də dəyişikliklər mümkündür.

Xəbər xətti