Ermənistan Konstitusiya Məhkəməsi (KM) Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların işi haqqında əsasnamənin müzakirəsini başa çatdırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a respublikanın ali məhkəmə orqanının mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, Konstitusiya Məhkəməsi Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası üzrə komissiyaların mövqeyinin konstitusiyaya uyğunluğu ilə bağlı işə baxmağı başa çatdırıb.
Mətbuat xidməti qərarın nə vaxt dərc olunacağını hələlik dəqiqləşdirməyib.