İsrail ordusu Livanın cənubuna silsilə zərbələr endirir

13:24 - 24 Sentyabr 2024 - DÜNYA

İsrail ordusu Livanda şiə Hizbullah hərəkatının hədəflərinə zərbələr endirməkdə davam edir.

Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, zərbələr Livanın cənubundakı hədəflərə endirilir.

Ordunun bildirdiyinə görə, son bir neçə saat ərzində İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanın bu hissəsində Hizbullahın hərbi obyektlərinə, o cümlədən raket buraxılış qurğuları, silah anbarları və digər infrastrukturlara hücum edib.

Xəbər xətti