"Tottenhem" - "Qarabağ" oyununu fransalı hakim idarə edəcək

12:40 - 24 Sentyabr 2024 - İDMAN

UEFA Avropa Liqasının əsas mərhələsinin ilk turunda oynanılacaq "Tottenhem" və "Qarabağ" matçının hakim təyinatları açıqlanıb.

Ucnoqta.az xəbər verir ki, UEFA-nın rəsmi saytında yerləşdirilən məlumata görə, oyunu Fransadan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Villi Delajo olacaq. Ona yan xətt hakimləri Ervan Finjan və Filipp Jan kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tomas Leonard yerinə yetirəcək.

VAR hakimi Benua Miyo, onun köməkçisi isə Alan Kicas (Avstriya) olacaq.

Qeyd edək ki, sentyabrın 26-da "Tottenhem Hotspur" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xəbər xətti