İsrail və Livanın şiə Hizbullah hərəkatı arasında münaqişənin kəskinləşməsi fonunda Qətər Hava Yolları çərşənbə günü Doha-Beyrut marşrutu üzrə uçuşları dayandırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a şirkətin mətbuat xidməti məlumat verib.
Aviaşirkətdən bildirilib ki, Livandakı mövcud vəziyyətlə əlaqədar olaraq Qatar Airways Beyrutdakı Rafik Həriri Beynəlxalq Hava Limanına və oradan sentyabrın 25-dək uçuşları müvəqqəti olaraq dayandırıb.