Əmirliyin aşağı büdcəli “Flydubai” aviaşirkəti İsraillə Livanın “Hizbullah” hərəkatı arasında münaqişənin kəskinləşməsi fonunda Dubay-Beyrut marşrutu üzrə uçuşları ləğv edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a Dubayda yerləşən aviaşirkətin nümayəndəsi məlumat verib.
Bildirilir ki, “Flydubai"nin Dubay Beynəlxalq Hava Limanı (DXB) ilə Beyrut Beynəlxalq Hava Limanı (BEY) arasında sentyabrın 24-ü və 25-nə planlaşdırılan reysləri cari hadisələrlə əlaqədar ləğv edilib.