İrəvan Bakı ilə sülh müqaviləsi imzalamağa hazırdır - Mirzoyan

10:44 - 24 Sentyabr 2024 - DÜNYA

Ermənistan Azərbaycanla tezliklə sülh sazişi imzalamağa hazırdır.

Ucnoqta.az xəbər evrir ki, bunu respublikanın xarici işlər naziri Ararat Mirzoyan BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Nyu-Yorkda italiyalı həmkarı Antonio Tajani ilə görüşdə deyib.

Mesajda qeyd edildiyi kimi, həmsöhbətlər Cənubi Qafqazdakı mövcud vəziyyəti müzakirə ediblər.

Mirzoyan bildirib ki, Ermənistanın qısa müddətdə Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün aydın mövqeyi və siyasi iradəsi var və Ermənistanın saziş layihəsi ilə bağlı son təklifi də buna xidmət edir.

“Ermənistanın regionda sabitliyin təmin edilməsinə dair baxışı ərazi bütövlüyünə qeyd-şərtsiz hörmətə, sərhədlərin toxunulmazlığı prinsiplərinə, eləcə də iqtisadi qarşılıqlı əlaqənin təmin edilməsinə yönəlmiş təşəbbüslərə əsaslanır” - Mirzoyan qeyd edib.

Xəbər xətti