ABŞ Müdafiə Nazirliyi İsrail və şiə Hizbullah hərəkatı arasında münaqişə yaranacağı təqdirdə amerikalıları bölgədən çıxarmağa hazır olmaq üçün Yaxın Şərqə onlarla əsgər göndərməyi planlaşdırır.
Ucnoqta.az xəbər verir ki, bu barədə NBC televiziyası Pentaqonun üç rəsmisinə istinadən məlumat yayıb.
Onlar yaxın günlərdə bölgəyə göndəriləcək qoşunların gözləmə rejimində olacağını və onların missiyasının müharibə vəziyyətində Amerika vətəndaşlarının təxliyəsinə kömək etmək olduğunu bildiriblər.
Bildirilir ki, hazırda Yaxın Şərqdə 40 minə yaxın Amerika əsgəri yerləşdirilib.