İsrail İordan çayının qərb sahilində reydlər keçirir

08:42 - 24 Sentyabr 2024 - DÜNYA

İsrail qüvvələri İordan çayının qərb sahilində reydlər keçirir və Fələstin müqaviməti ilə toqquşmalar qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Telekanalın qeyd etdiyi kimi, gecə saatlarında İsrail ordusunun əsgərləri İordan çayının qərb sahilində bir neçə yaşayış məntəqəsində reydlər həyata keçirib.

Tubasın cənub-şərqində yerləşən Tamun şəhərində hərbçilər ilə Fələstin müqavimət qruplarının nümayəndələri arasında toqquşma baş verib.
 Ceninin qərbindəki Əl-Yamun qəsəbəsində fələstinlilər İsrail qüvvələrinə qarşı partlayıcı qurğudan istifadə ediblər. Hərbçilərin bir fələstinlini həbs etdiyi Nablusda da qarşıdurmalar qeydə alınıb.///tass

Xəbər xətti