Yeni Zelandiya Rusiya və Belarusa qarşı yeni sanksiyalar tətbiq edib

08:05 - 24 Sentyabr 2024 - DÜNYA

Yeni Zelandiyanın xarici işlər naziri Uinston Peters Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya və Belarusa qarşı əlavə sanksiyaların tətbiq edildiyini açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, Peters Yeni Zelandiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda "Bu yeni sanksiyalar beş fiziki şəxsə və altı quruma aiddir" deyib.

Qeyd olunur ki, yeni sanksiyalar Rusiyanın Zaporojye AES-i işğalında, Rusiya hərbi-sənaye kompleksində iştirak edən subyektlərə, habelə dəstək verən Belarus fiziki və hüquqi şəxslərinə qarşı yönəlib.

2022-ci ilin mart ayından etibarən Yeni Zelandiya 1,7 mindən çox fiziki və hüquqi şəxsə qarşı sanksiyalar, habelə Rusiyaya qarşı bir sıra ticarət tədbirləri tətbiq edib.

Xəbər xətti