İran nüvə silahı yaratmaq niyyətində deyil - Pezeşkian

00:04 - 24 Sentyabr 2024 - DÜNYA

İran nüvə silahı inkişaf etdirməyə can atmır, əksinə, Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) çərçivəsində öz öhdəliklərini yerinə yetirməyə tam şəkildə qayıtmağa hazırdır.

Ucnoqta.az xəbər verir ki, bunu İslam Respublikasının prezidenti Məsud Pezeşkian Nyu-Yorkda jurnalistlərlə keçirilən dəyirmi masada deyib.

“Biz saziş üzrə öhdəliklərimizə qayıtmağa tam hazırıq, lakin belə olmamalıdır ki, ABŞ və Avropa ölkələri öz öhdəliklərini yerinə yetirmək istəməyib, öz növbəsində bizdən öz öhdəliklərimizə qayıtmağı xahiş etsinlər”, – Pezeşkian bildirib.
Prezident vurğulayıb ki, İranın hərbi doktrinasında nüvə silahına yer yoxdur.

Xəbər xətti