İran Yaxın Şərq regionunda sabitliyi pozmaq istəmir, lakin Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda qətlə yetirilməsi cavabsız qalmayacaq.
Ucnoqta.az xəbər verir ki, bunu İslam Respublikasının prezidenti Məsud Pezeşkian Nyu-Yorkda jurnalistlərlə keçirilən dəyirmi masada deyib.
“Haniyyənin qətli bütün beynəlxalq hüquq normalarına ziddir və şübhəsiz ki, ABŞ və Qərb ölkələri İsraili dəstəklədiyi halda İran İslam Respublikası konsulluğuna hücuma cavab verdi. İran sübut etdi ki, o, bu rejimin cinayətlərinə cavab verə bilər, lakin biz sabitliyi pozan amil olmaq və regionda təhlükəsizliyi pozmaq istəmirik”, - prezident qeyd edib.