Sentyabrın 23-nə keçən gecə Günəşdə M sinfinə aid güclü alışma baş verib.
Ucnoqta.az xəbər verir ki, Tətbiqi Geofizika İnstitutundan (FSBI IPG) TASS-a bildiriblər ki, sentyabrın 23-də saat 00:39-da 3835 (S20E63) günəş ləkələri qrupunda rentgen diapazonunda 53 dəqiqə davam edən M3.7/2N alışma aşkar edilib.