Arı sürüsünün hücumuna məruz qalan qadın və üç uşağı öldü

16:18 - 23 Sentyabr 2024 - HADİSƏ

Hindistanın şərqindəki Carkhand ştatında arı sürünün hücumuna məruz qalan qadın və üç uşağı ölüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə India Today telekanalı məlumat yayıb.

Mərhumun ərinin dediyinə görə, həyat yoldaşı həftə sonu uşaqlarla birlikdə anasının evinə gedib. Bir gün üzməyə getdilər və arıların hücumuna məruz qaldılar.

Qadın həşəratlarla təkbaşına mübarizə aparmağa çalışsa da, bacara bilməyib. Qışqırıqları eşidən yerli əhali təşvişə düşüb və təhlükəsiz yerə sığınıb.
Xilasedicilər gələnə qədər qadın və uşaqları ölüb.

Xəbər xətti