Moskva vilayətində təyyarə çaya məcburi eniş edib, xəsarət alan olmayıb.
Ucnoqta.az xəbər verir ki, TASS-a Rusiya Federasiyası İstintaq Komitəsinin Nəqliyyat üzrə Qərb Regionlararası İstintaq İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, faktla bağlı araşdırma aparılır.
Bir sıra KİV-lərin məlumatına görə, göyərtəsində insanların olduğu təyyarə Moskva vilayətinin Serpuxov şəhər rayonundakı Puşçino aerodromunun ərazisinə məcburi eniş edib. İlkin məlumata görə, xəsarət alan olmayıb.