ABŞ hakimiyyəti Gürcüstanın hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq etmək niyyətindədir.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Amerikanın Səsi” radiostansiyası Amerika rəsmiləri arasında olan mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ hakimiyyəti hesab edir ki, İvanişvilinin hərəkətləri rus şirkətlərinin Gürcüstan bazarına daha asan çıxış əldə etməsinə kömək edib, həmçinin Tbilisinin Aİ və NATO-ya daxil olmaq kursuna mane olub.
Sanksiyalar tətbiq olunarsa, siyasətçinin ABŞ-dakı aktivləri (əgər varsa) dondurulacaq, Amerika vətəndaşlarına və şirkətlərinə onunla iş görmək qadağan ediləcək.
Bundan başqa, İvanişvilinin ABŞ-a girişi qadağan oluna bilər.
Radiostansiyanın məlumatına görə, İvanişviliyə qarşı planlaşdırılan məhdudiyyətlər onunla izah olunur ki, Amerika administrasiyası Vaşinqton və Brüsselin kəskin reaksiyasına səbəb olan Gürcüstan hakimiyyətini xarici agentlər haqqında qanunu ləğv etməyə məcbur etmək üçün uğursuz cəhdlərdən məyusdur.
Gürcüstanın hakim partiyasının təsisçisinə qarşı sanksiyaların tətbiqinin dəqiq vaxtı açıqlanmayıb.