İsrail hərbçiləri Livandan ölkənin şimal rayonlarını yeni kütləvi atəşə tutublar.
Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, ümumilikdə İsrailə 90-a yaxın mərmi atılıb.
Yuxarı Qalileyin məskunlaşdığı ərazilər, Safed şəhərinin ərazisi və İsrailin nəzarətində olan Qolan təpələri atəşə tutulub.
Tələfat və dağıntılar barədə məlumat verilməyib.