Xankəndi şəhərində uzun illərdən sonra ilk dəfə toy mərasimi təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Kərimlilər ailəsi Şuşada yaşasalar da, toyu Xankəndidə etmək qərarına gəliblər. Onların ailəsi Şuşada 4 otaqlı mənzillə təmin olunub.
Gəlinlə bəy “Qarabağ şikəstəsi” sədası altında şadlıq sarayına daxil olduqdan sonra Azərbaycanın Dövlət Himni səsləndirilib, Vətən uğurunda şəhid olan qəhrəmanlarımızın xatirəsi anılıb.
Çıxış edənlər hər iki gəncə xeyr-dua veriblər.